Avtobus 400 metr hündürlükdən aşdı – 5 nəfər öldübackend

Avtobus 400 metr hündürlükdən aşdı – 5 nəfər öldü

Gürcüstanın Tuşeti dağlıq rayonunda sərnişin mikroavtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

“Qafqazinfo” Gürcüstan KİV-nə isitnaən xəbər verir ki, Pşaveli-Abano-Omalo dolanbacında hərəkətdə olan avtobus 400 metr hündürlükdən dərəyə yuvarlanıb. Avtobusda olan 12 sərnişindən bəziləri qəza zamanı tullanaraq xilas olmağı bacarıb. Qəzada 5 nəfərin öldüyü bildirilir.

Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub. Qəzanın baş verdiyi yerə helikopterlər göndərilib.

Hokm.az

  •  (0)
  •  (0)