Avtobus 10 metrlik dərəyə yuvarlandı – Yaralılar varbackend

Avtobus 10 metrlik dərəyə yuvarlandı – Yaralılar var

Yaponiyanın Honsü adasında turistləri aparan avtobus 10 metrlik dərəyə yuvarlanıb.

Hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Onlardan 4 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd olunur ki, avtobusda yaşı 50-dən yuxarı olan 19 yerli turist olub.

Sürücü avtobusdan çıxarkən mühərriki söndürmədiyi üçün avtobus dərəyə düşüb.

Sürücü polis tərəfindən saxlanılıb. (trend)

Hokm.az

  •  (0)
  •  (0)