Avropada qazın qiymətində növbəti rekordbackend

Avropada qazın qiymətində növbəti rekord

Oktyabrın 4-də keçirilən ticarət zamanı Avropada qaz qiymətləri yenidən rekord qırıb.

Belə ki, 1000 kubmetr mavi yanacağın qiyməti 1200 dolları keçib. Bunu ICE birjasının məlumatları sübut edir.

Niderlandın TTF qovşağında noyabr fyuçersləri üçün qazın 1000 kubmetrinin dəyəri 1200.36 dollar olub.

Sentyabrın əvvəlində Avropa İttifaqında qaz qiymətləri sürətlə artmağa başladı. Eyni zamanda mütəxəssislər soyuq qışı və Avropa bazarında qazın fiziki çatışmazlığı halında tendensiyanın davam edəcəyini istisna etmirlər.

İndi yeraltı anbarlar təxminən 72,5 % doludur. Müqayisə üçün qeyd edək ki, keçən il Avropadakı qaz ehtiyatları təxminən 90 % təşkil edib.oxu.az

  •  (0)
  •  (0)