«AVROPADA AZƏRBAYCANI MÜDAFİƏ TƏŞKİLATININ” RƏHBƏRİ XƏZƏRİN SAHİLİNDƏ ZİBİL AXTARIRbackend

«AVROPADA AZƏRBAYCANI MÜDAFİƏ TƏŞKİLATININ” RƏHBƏRİ XƏZƏRİN SAHİLİNDƏ ZİBİL AXTARIR

 

Avropada yaradılan İDİFA təşkilatının rəhbəri Cavid Zeynalov “Autizm üçün topla” aksiyası çərçivəsində öz həmfikirləri ilə genişmiqyaslı təmizlik aksiyası qoşulub. Sahilyanı ərazilərdən 10 ton kağız, 2 ton, plastik məhsullar, 0,5 ton metal, 1.5 ton elektronika tullantılarından təmizlənib.
Cavid Zeynalovun sözlərinə görə aksiyanın məqsədi ictimaiyyətin rolunu artırmaq, sahilyanı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin acı fəsadlara yol aça bilməsini göstərməkdir və insanların bu problemə diqqətini cəlb etməkdir.
“Ümumiyyətlə dənizlərin, okeyanların, sahilyani ərazilərin çirklənməsi qlobal problemdir. Dünyada dənizlərə təxminən 8 milyon ton plastik kütlə atılır. Həmçinin sahilyanı ərazilərə atılan plastikin dənizə düşmək ehtimalı var. Özüdə bu zaman plastik məhsullar paraçalanaraq mikrohissəciklər halına gəlir. Bu Xəzər dənizində yaşayan canlı orqanizmlər üçün, qırmızı kitaba düşmüş xəzər suitisi üçün və digər canlı ortanizmlər üçün təhlükə mənbəyi ola bilər Mən ətraf mühitin qorunmasına öz tövhəmi vermək istəyirəm. Çox sevindirici haldır mənim üçün, sosial şəbəkələrdəki mənim çağırışıma bir çox insanlar qoşulublar”

Digər tərəfdən “Autizm üçün topla” aksiyasının məqsədi autizmdən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olmaq imkanı yaradır. Toplanılan məişət və digər növ tullantılar çeşidlənərək, müəyyən olunmuş zibil məntəqəsinə daşınır və əldə olunmuş vəsait autizmdən əziyyət çəkən uşaqlara xərclənir.
Aksiyaya qoşulan Cavid Zeynalov ətraf mühitin çiklənməsinə biganə qalmayan hər kəsi “Autizm üçün topla” aksiyasına dəvət edir.

Hokm.az

  •  (5)
  •  (1)