Avropa Şurasının prezidenti Azərbaycana gəlirbackend

Avropa Şurasının prezidenti Azərbaycana gəlir

Avropa Şurası prezidenti Şarl Mişel bu həftə Azərbaycana səfər edəcək.
Qurumun Mətbuat xidmətindən iyulun 16-da verilən xəbərə görə, Ş.Mişel iyulun 16-da İrəvana yola düşəcək.
O, iyulun 17-də İrəvanda, iyulun 18-də isə Bakıda ölkənin rəhbərləri ilə görüşlər keçirəcək.
Səfər zamanı Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq.
İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa Birliyinin inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransına da qatılacaq.
  •  (0)
  •  (0)