Avropa ölkələrində karantin YUMŞALDILIRbackend

Avropa ölkələrində karantin YUMŞALDILIR

Bir sıra Avropa ölkələri karantin qaydalarını yumşaldılır.

Hokm.az modern.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada dekabrın sonlarından bəri ilk dəfə bərbərə getmək və pablarda pivə içməyə icazə verilib.

Sloveniyada 6 aydan sonra ilk dəfə komendant rejimi ləğv olunub. Ölkədə xidmət sahəsində əksər obyektlər fəaliyyətini bərpa edib.

Çexiyada isə oktyabrdan tətbiq olunmuş fövqəladə vəziyyət, komendant rejimi və bölgələr arasında hərəkət qadağası tam ləğv olunub. Ölkədə məktəblər və mağazalar qismən açılıb.

  •  (0)
  •  (0)