Avropa Məhkəməsi “Ramil Səfərov işi” ilə bağlı qərarını açıqladıbackend

Avropa Məhkəməsi “Ramil Səfərov işi” ilə bağlı qərarını açıqladı

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM, Avropa Məhkəməsi -red.) “Ramil Səfərov işi” ilə bağlı Azərbaycanın əleyhinə qərar çıxarıb.

Hokm.az-ın “theguardian.com” saytına istinadən məlumatına görə, qərarda göstərilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının “yaşamaq hüququ” (2-ci maddə) və “etnik ayrı-seçkiliyin qadağan olunması” (14-cü maddə) maddələrini “pozub”.

Qərara əsasən, Azərbaycan ərizəçilərə xərclərə görə 31 min 600 manat ödəməlidir.

Qurumun saytında verilən məlumata görə, qərar Ermənistandan olan iki şikayətçi – qətlə yetirilmiş Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı verdiyi şikayət əsasında verilib.

Azərbaycanın hazırda Ermənistanın nəzarətində olan Cəbrayıl rayonunda doğulan 43 yaşlı Ramil Səfərov 2004-cü ildə Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb.

Həmin ilin fevralın 19-da, kursun bitməsinə 20 gün qalmış kurs yoldaşı, əslən erməni olan Qurqen Marqaryanı təhqirə görə qətlə yetirib.

O, 2006-ci ilin aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

2012-ci ildə Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya olunub və elə həmin vaxt Prezident İlham Əliyev tərəfindən əfv olunub.

Ramil Səfərov əfv olunduqdan sonra yerli mətbuatda onun mayor rütbəsi ilə təltif olunması, Macarıstanda həbsdə qaldığı illərdə yığılmış məvacibinin ödənilməsi və mənzil bağışlanılması ilə bağlı məlumatlar dərc olunub.

O, həbsdə olduğu müddətdə Maqda Sabonun “Qapı”, Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitablarını macar dilindən azərbaycan dilinə tərcümə edib.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, mayın 26-da Azərbaycanla bağlı növbəti qərarını elan edib. Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı işi üzrə qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlıdır.

AİHM hesab etdi ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan prosedural və substantiv, Macarıstan substantiv baxımdan), 14-cü (ayrı-seçkiliyin qadğan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl etməyiblər.

Azərbaycan ərizəçilərə 15, 143,33 funt strerling təzminat ödəməlidir.

Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu iddia edirdilər.

  •  (0)
  •  (0)