Autizm xəstəsinin sosial müavinəti niyə kəsilib? – VİDEObackend

Autizm xəstəsinin sosial müavinəti niyə kəsilib? – VİDEO

Autizim xəstəsi olan 14 yaşlı uşağın sosial müavinəti kəsilib. Yeddi aydı yenidən komissiyadan keçmək üçün sənədlər göndərilsə də imtina edilərək geri qaytarılıb.

Hokm.az baku.tv-yə istinadən xəbər verir ki, valideynləri onun bu xəstəliyini 3 yaşında olarkən hiss ediblər. Valideynləri bu xəstəliyin qısa zamanda müalicəsiz keçəcəyini düşünərək 8 yaşına qədər ona qarşı heç bir müayinə və müalicə aparılmayıb.

Vəziyyətinin getdikcə ağırlaşdığını görən ailə üzvləri onu 2015-ci ildə müalicəyə cəlb edilərək sosial müavinət almağa başlayıblar.

Anasi Xeyansa Fəziliyevanın sözlərinə görə, 2020-ci ilin avqust ayında övladına təyin olunan soasial müavinət kəsilib. Bununla bağlı Göyçay rayon Mərkəzi xəstəxanasına lazımı sənədləri təqdim etsə də, onalara hansı səbəbdən imtina verildiyi məlum olmayıb.

Bununla bağlı ilk olaraq Göyçay rayon mərkəzi xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın direktoru Elçin Bilalov şifahi olaraq BAKU.TV-yə bilıdirdi ki, xəstəliyin təyinatı üçün yazılan bütün forma 88 Nazirlər Kabinetinin 2016-cı il 413 saylı əmrinə əsasən doldurularaq Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya komissiyasına göndərilir.

Fəzi Fəzilinində forma 88 eyni qaydada da doldurularaq göndərilib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin mövqeyini öyrəndik. Agentiliyin mətbuat katibi Gülnar Əzizova Fəzi Fəzlinin imtina səbəbini izah etdi.

  •  (0)
  •  (0)