Autizimli uşaqların valideynləri maarifləndirilir – FOTOLARbackend

Autizimli uşaqların valideynləri maarifləndirilir – FOTOLAR

“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” (ADPYM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Autizmli uşaqların valideynlərinin maarifləndirilməsi məqsədilə təlimlərin təşkili” adlı layihəyə start verib.
Hokm.az Faktor.az-a istinadən xəbər verir ki, layihə çərçivəsində Suraxanı rayonunda tədbir keçirilib.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Çiçək Məmmədli autizm və sözügedən layihə haqqında geniş məlumat verib, Autizmin erkən yaş dövründə başlayan ümumi inkişaf problem olduğunu vurğulayıb: “Autizm özünü əsasən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə göstərir. XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir mövzudur. Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi, yəni 70 milyon əhali autizmin qurbanıdır. Qeyri-rəsmi stastistikamıza əsasən ölkəmizdə təxmini 6000 yaxın uşaq və yeniyetmə autizm sindromundan əziyyət çəkir. Getdikgə bu say artmaq üzrədir”.
Daha sonra loqoped-defektoloq Məhsəti Hacıhəsənli tərəfindən təlimə start verilib. Qeyd edək ki, İctimai Birlikdə 1000 nəfərə yaxın autizm sindromundan əziyyət çəkən uşaq və yeniyetmə qeydiyyatdadır. Yaranma səbəbi elmə 100% məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir.
1
1
1
  •  (0)
  •  (0)