Çavuşoğludan SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozulacağı halda Ağdamdakı mərkəz… – VİDEObackend

Çavuşoğludan SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozulacağı halda Ağdamdakı mərkəz… – VİDEO

Portuqaliyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Hokm.az Virtualaz.org-a istinadən bildirir ki, Çavuşoğluna Qarabağda Rusiya-Türkiyə rəqabəti və atəşkəsə nəzarət üzrə birgə fəaliyyət istiqaməti sahəsində anlaşmanın olub-olmadığı barədə sual ünvanlanıb.

M.Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanı yalnız bir millət iki dövlət olduğu üçün deyil, ilk növbədə Azərbyacanın beynəlxalq qanunlar çərçivəsində haqlı olduğu üçün dəstəkləyib.

Türkiyə XİN başçısı bildirib ki, Azərbaycan uğurlu hərbi əməliyyatlar keçirdi və hazırda bölgədə ataşkəs mövcuddur: “Azərbaycanın müəyyənləşdirdiyi yerdə və bizə göstərdiyi nöqtələrdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, amma atəşkəs pozulacağı halda bunun qarşısını almaq tədbirləri də görüləcək”.

Nazir əlavə edib ki, Azərbaycanla Ermənistan arasında yaşanan 44 günlük müharibə müddətində üç dəfə atəşkəs elan edilməsinə rəğmən, Ermənistan hər dəfə bu atəşkəsi pozub: “Atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə ümid edirik. Ancaq bundan sonra Ermənistanla əlaqələrimizi normallaşdırmaqdan danışmaq olar. Biz bundan sonra atılacaq addımları da Azərbaycanla birgə dəyərləndirəcəyik”.

  •  (13)
  •  (5)