Atasından Səlim Müslümovun həbs xəbəri ilə bağlı AÇIQLAMAbackend

Atasından Səlim Müslümovun həbs xəbəri ilə bağlı AÇIQLAMA

Sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun atası Yanvar Müslümov oğlunun həbs edilməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Hokm.az xəbər verir ki, məsələ ilə bağlı trend-ə açıqlama verən Y.Müslümov yayılan məlumatları təkzib edib.

O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdi, həbs edilməyib. Bu məlumatı kim yayıbsa bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır”.

  •  (0)
  •  (0)