Türkiyənin Muğla rayonunun Bodrum ərazisində yaşayan 21 yaşlı Tuğçe Ç.-nin 1,5 ildir özündən 25 yaş böyük bir kişi tərəfindən təcavüzə məruz qaldığını sosial şəbəkə hesabından xəbər verməsi ilə polislər hərəkətə keçiblər.
Hokm.az Milli.Az-a istinadən xəbər verir ki, 46 yaşlı şübhəli N.Ş. adlı şəxs artıq yaxalanıb.
Tuğçe Ç. paylaşımında yaşadığı qorxunu bu şəkildı ifadə edib: “Bu gün yaşanan və yaşadıqlarımdan qorxduğum üçün bunları yazacağam. Mən zərər görmək, ölmək istəmirəm! Mənim başıma bəla olan pozğun, ruhi xəstə və həqiqətən, şizofren olduğuna əmin olduğum 46 yaşlı N.Ş. adl şəxs məndən əl çəkmir. Ailəmi, çevrəmi rahat buraxmayan və onlarca dəfə şikayətçi olduğum, məhkəməyə çıxdığım halda mənə tamas etmədiyi müddət ərzində təqsirsiz olduğu bildirilir.
Yəni, heç bir şey edilmir. Başıma bir şey gəlsə, onda dəyərli olacağam. Başıma bir şey gəlsə, bu tvitlərimi paylaşıb, sosial şəbəkədə gündəm yaradarsınız. Bu olay 1,5 ildir davam edir, bütün məlumatlar, faktlar polisdə var. Küçəyə çıxmağa qorxuram. Bu adamın ailəsini tapıb, kömək istədiyimdə dayısı “Bizim belə bir bacım oğlu yoxdur” dedi, “Dağa qaldırıb öldürün” dedi”.
Çarəsiz qızın bu statusu böyük rezonans doğurub. Polis şübhəlini artıq saxlayıb.
Bu da N.Ş.-nin Tuğçeyə yazdığı mesajlardan bəzisi:

















