Atambayev istintaqla əməkdaşlıqdan imtina etdibackend

Atambayev istintaqla əməkdaşlıqdan imtina etdi

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev istintaq orqanları ilə əməkdaşlıq etməkdən imtina edib. 

Bu barədə “İnterfaks” eks-prezidentin vəkili Sergey Slesaryevə istinadla məlumat yayıb.

O bildirib ki, Atambayev hüquqlarının pozulduğunu bəyan edir. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs öz rəsmi nümayəndəsindən savayı, heç kimlə ünsiyyətə girmək istəmir.

Atambayev qeyri-qanuni hərəkətlərə görə istintaq komitəsinin üzvləri ilə belə danışmaq istəmədiyini deyib.

O, öz hüquqlarının bərpasını, Konstitusiya və Cinayət Məcəlləsi kodekslərinə əməl edilməsini tələb edib.

Xatırladaq ki, Almazbek Atambayev 2 gün əvvəl xüsusi xidmət orqanlarına təslim olub, onun avqustun 26-na kimi həbsdə qalacağı haqda qərar verilib.

Hokm.az

  •  (0)
  •  (0)