Atadan 11 aylıq körpəsinə VƏHŞİLİK: Qəsdən yerə çırpdı – uşağın anası danışdı VİDEObackend

Atadan 11 aylıq körpəsinə VƏHŞİLİK: Qəsdən yerə çırpdı – uşağın anası danışdı VİDEO

Bakıda tükürpədən cinayət olub. Ata 11 aylıq körpəsini küçəyə çıxararaq onu anasının gözləri önündə yerə çırpıb. Ağır xəsarət alan körpə qonşular tərəfindən dərhal xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Atanın bu hadisəni törətməsinə səbəb nə olub ?  

Həyat yoldaşı ilə mübahisə edən şəxs 11 aylıq körpəsinə qarşı dəhşətli cinayət törədib.

O, 11 aylıq oğlunu evdən küçəyə çıxararaq yerə çırpmaqda ittiham edilir. Hadisə paytaxtın Yasamal rayonu Xaqan Dadaşov küçəsində fərdi evlərdən birində baş verib.

Uşağın anası Pərvanə Ağakərimova deyir ki, 30 yaşlı Samir Ağakərimovla 2013-cü ildə ailə həyatı qurub. Onların birgə nigahlarından bir qız və iki oğlan övladı var. Üzünün efirdə görünməsini istəməyən qadın iddia edir ki, həyat yoldaşı bu hadisəni qısqanclıq zəmnində törədib.

Pərvanə Ağakərimova deyir ki, həyat yoldaşı əvvələr proqramist işləyirmiş, amma 6 ay olar ki, işdən çıxıbmış.

Ağır kəllə-beyn travması alan körpə qonşuların köməyi ilə hadisədən sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Həkimlər uşağın vəziyyətinin orta ağır olduğunu deyirlər.

Həyata keçirilmiş əməliyyat nəticəsində Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlın onun barəsində cinayət işi başlanıb,istintaq gedir.

  •  (0)
  •  (0)