Ata Abdullayev məhkəmədə karantin qaydalarını belə pozdu – FOTOLARbackend

Ata Abdullayev məhkəmədə karantin qaydalarını belə pozdu – FOTOLAR

Bloger Ata Abdullayevin Abşeron Rayon Məhkəməsinin iclas zalına tibbi maska olmadan buraxılmasını əks etdirən görüntülər yayılıb.

Hokm.az yeniavaz.com-a istinadla xəbər verir ki, avqust ayının 22-də Abşeron Rayon Məhkəməsində sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarına zidd olaraq qızına toy məclisi keçirməsi ilə bağlı keçirilən məhkəmə iclasında bloger Ata Abdullayev də iştirak edib. Lakin o, bu zaman karantin qaydalarına zidd olaraq tibbi maska olmadan iclas zalına buraxılıb. Bu görüntüləri əks etditən fotolar sosial şəbəkələrdə yayılıb.


Məsələ ilə bağlı Ədliyyə Nazirliyi və Abşeron Rayon Məhkəməsindən açıqlama almaq istəsək də bütün zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, sözügedən məhkəmə iclasında İ. Əliyev və atası Əlisəftər Əliyevə 15 sutka həbs cəzası verilib.

  •  (3)
  •  (2)