Astarada Xəzər sahilində meyiti tapılan qadın: “Məni dəniz qırağında axtarın”backend

Astarada Xəzər sahilində meyiti tapılan qadın: “Məni dəniz qırağında axtarın”

Astara rayonunda dəniz sahilindən 62 yaşlı qadının meyiti tapılıb.
Hadisə sübh saatlarında Şahağacı kəndində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Validə Əlişah qızı Dadaşova gecə vaxtı evdən xəbərsiz çıxıb.
Həyat yoldaşı, 1945-ci il təvəllüdlü Sədaqət Ağahəsən oğlu Dadaşov oyananda yoldaşının evdə olmadığını görüb, onu axtarmağa başlayıb. O, evdə stolun üstündə “Məni dəniz qırağında axtarın” cümləsi yazılmış kağız görüb.
Evləri dənizə yaxın olduğundan qohumlarla birlikdə onun axtarışlarına başlayıb. Ayaqqabılarının tapıldığı ərazidə V.Dadaşovanın cansız bədəni tapılaraq sudan çıxarılıb. Ailə üzvlərinin sözlərinə görə, mərhum uzun illər ruhi-əsəb xəstəliyindən müalicə alıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.Report
  •  (0)
  •  (0)