Aslanın qəza səbəbi bilindibackend

Aslanın qəza səbəbi bilindi

Mərhum müğənni Aslan Hüseynovun Sevinc adlı qohumu “Bizimləsən” proqramına telefonla bağlanıb.

Hokm.az axşam.az-a istinadla xəbər verir ki, o, ifaçının qəza zamanı sükan arxasında tək olduğunu bildirib:

“Anasının üç mərasimi Bakıda oldu. Dedi ki, yeddi mərasimi üçün Gəncəyə gedəcəm. Ehsan paylayıb. Səhərə yaxın Bakıya qayıdırmış. Maşında tək olub. Aslan sükan arxasında yatıb. Qəzada adı keçən Məhəmməd Vəliyev avtomobilin sahibidir, amma orada olmayıb. Aslan maşını ondan alıb.

Deyirlər ki, təcili yardımda xəstəxanaya çatana kimi dünyasını dəyişib. Biz xəbəri eşidəndə hər yerə zəng etdik, heç yanda adı qeydiyyatda edilməmişdi. Günorta öyrənə bildik ki, avtomobildəki Aslan olub”.

Qeyd edək ki, 55 yaşlı müğənni bu gün avtomobil qəzasında vəfat edib. O, Gəncədə anasının yanında dəfn olunacaq. Sənətçinin iki övladı var.

  •  (0)
  •  (1)