Aslan Hüseynov Gəncədə dəfn olundu – FOTObackend

Aslan Hüseynov Gəncədə dəfn olundu – FOTO

Bu gün yol qəzasına düşərək dünyasını dəyişən müğənni Aslan Hüseynov Gəncə şəhərində İmamzadə qəbristanlığı kimi tanınan məzarlıqda dəfn edilib.

Hokm.az baku.ws-ə istinadən xəbər verir ki, dəfn mərasimi pandemiya səbəbindən məhdud sayda insanın iştirakı ilə baş tutub.

Müğənnini son mənzilə ancaq yaxınları yola salıb.

Məlumat üçün bildirək ki, Aslan Hüseynov bu gün sabah saatlarında BMW markalı avtomobillə Bakı-Qazax avtomobil yolunun 60-cı kilometrliyində “Kamaz” markalı avtomobillə toqquşub. Qəza zamanı avtomobili müğənni özü idarə edib.

  •  (0)
  •  (1)