Asif Əsgərov Nəsimini “poliqona çevirib” – FOTObackend

Asif Əsgərov Nəsimini “poliqona çevirib” – FOTO

Asif Əsgərov Nəsimini “poliqona çevirib” – FOTO

Artıq xeyli müddətdir ki, Nəsimi rayonu ərazisindəki yaşıllıqlarla bağlı yaşanan problemlər medianın gündəmini zəbt edən mövzuladan birinə çevrilib.

Belə ki, adı çəkilən bu rayonun bir çox ərazilərindəki ağaclar mütəmadi kəsilir və yerində müxtəlif mərtəbəli binalar, digər təyinatlı obyektlər inşa olunur. Bunun üçün ilk növbədə ərazilər hasara alınır və az sonra da lazımi addımlar atılır. Diqqətlə baxdıqda onu müəyyən etmək olur ki, bu gün rayonun ərazisindəki yaşıllıqlardan heç bir əsər-əlamət qalmayıb. Nəsimi RİH-nin başçısı Asif Əsgərovun yaşıllıqlara qənim kəsilməsi məsələsi, artıq hər kəsə bəlli olan həqiqətlərdir. Bəli, bu gün icra başçısı öz maraqları çərçivəsində addımlarını atır, aidiyyəti qurumlar, ələlxüsus ETSN-i isə, özbaşınalıqlara göz yumur.
Verilmiş tapşırıqların varlığına baxmayaraq, hal-hazırda rayonun bir çox ərazilərində “yaşıl soyqrım” həyata keçirilir, sakinlərin rahatlığına, onların sərbəst nəfəs almaq imkanlarına problemlər yaradılır. Bu qədər ətraf mühitə “qənim kəsilmək” onu göstərir ki, Asif Əsgərovu və digər vəzifə sahiblərini bu ölkənin, yerli sakinlərin taleyi deyil, daha çox gəlir əldə etmək düşündürür. Ona görə də, Nəsimi RİH-nin başçısı digər icra başçıları kimi sərvət toplamaq naminə hər şeyi talan etdirir, sanki“daşı-daş üstündə qoymur”. Bir anlığa fikir verək ki, indiyə kimi rayonun Memar Əcəmi metrostansiyasının arxa hissəsində, yəni təkcə Cavadxan küçəsinin 21, 25, 27, 17 və 23 ünvanlarında bir neçə hündürmərtəbəli binalar tikilib. Ərazilərdə minlərlə ağaclar məhv edilib.Hokm.az bildirir ki, təkcə “Yaşam” tikinti şirkəti ərazidə 70-dən çox ağacları məhv edib. Yəni, paytaxtın heç bir rayonunda belə bir amansızlıq hadisəsi baş verməyib. Məsələn, bir müddət əvvəl “20 Yanvar” küçəsində FHN-ə məxsus su anbarının üstündə qanunsuz tikinti işlərinin aparılması, yerli sakinlərin ayağa qalxmaları ilə nəticələnmişdi.
Onu da bildirək ki, bir müddət bundan öncə Mədəniyyət Nazirliyinə tabe olan və hər kəsin köhnə “Moskva” kinoteatrı kimi tanıdığı binanın qarşısında tikinti işləri aparılırdı. Cənab Prezidentin sərt xəbərdarlığından sonra, belə bir tikililərdə işlər dayandırıldı. Rayonun Əliisgəndər İsgəndərov küçəsində yaşayan sakinlər də, yaşıllıqların məhv edilməsinin qarşısını almaq üçün ayağa qalxmışdılar. Verilən məlumatlara görə, yaşıllıqların yerində 12 mərtəbəli üç yaşayış binasını Nəsimi RİH-in başçısı Asif Əsgərovun qardaşı tikdirirmiş. GundemXeber.Az-ın apardığı araşdırmalar zamanı o da məlum oldu ki, İcra başçısı Hüseynbala Əliyev küçəsində də təbiətə “qənim kəsilir”. Sakinlər cənab Prezidentin icra başçıları ilə bağlı etdiyi dəyişikliklər növbəsinin, çox yaxın vaxtlarda Nəsimiyə çatacağına hələ də ümidlidirlər. Onlar hesab edirlər ki, Prezident təcili bu rayona müdaxilə etməlidir. Çünki, vəziyyət olduqca acınacaqlıdır. Bu gün isə, rayonun Hüseynbala Əliyev küçəsində, bir qədər də dəqiq desək 2 saylı Poçt filialının yaxın ətrafında yeni qazıntı-tikinti işlərinə“start verilib”. Atılan belə bir addımın varlığı, artıq başqa mətləblərin varlığından xəbər verir. Düşündürücü hal odur ki, atılan addımla bağlı sakinlər haqlı narazılıqlarını ifadə edirlər, vəzifə sahibləri isə belə bir narazılıqlara məhəl qoymurlar.
İndi olub-keçənlərə diqqət yetirək. Bir tərəfdən ölkə rəhbəri yaşıllıqların qorunması, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə tapşırıqlarını verir, bəzi vəzifə sahibləri isə verilmiş tapşırıqlara məhəl qoymurlar. Bu cür qanunsuzluqlara qol qoyanların daha çoxu, məhz qazıntı-tikinti sahəsi ilə məşğul olanların olduqları bildirilir. Məsələn, çox zaman həmin şəxslər əldə etdikləri çirkli pullar hesabına icra başçıları ilə işbirliyinə girirlər və yaşıllıqların olduğu ərazilərə müəyyən yollarla sərəncamlar alıb tikinti işlərinə başlayırlar. Xoşagəlməz hal o olur ki, həmin vaxt yaşıllıqlara yaxın ərazilərdə yaşayan sakinlərin haqlı narazılıqlarına heç cür məhəl qoyulmur.
Bəli, bu gün ölkə rəhbəri lazımi tapşırıqlarını verir, Nəsimi RİH-nin başçısı Asif Əsgərov isə verilmiş tapşırıqlardan irəli gələn addımlarını atmaq əvəzinə, düşünüb-daşındığı addımlarını atır. Diqqəti o məqama da yönəldək ki, cənab İlham Əliyevlə bərabər Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva və ailə üzvləri müəyyən vaxtlarda “hərəyə bir ağac əkək” adı altında marafon tədbirləri həyata keçirirlər. Aparılan təbliğatlar zamanı onminlərlə ağaclar əkilib, yeni-yeni yaşıllıqlar salınır, bir sözlə ekologiyamızın qorunması və ətraf mühitdə əmələ gələn problemlərin aradan qaldırılması öndə tutulur. Bu belə olduğu halda, görəsən ekologiyamızın varlığına “qənim kəsilən” Asif Əsgərov görülən işlərdən niyə ibrət dərsi götürmür?. Yoxsa zamanı çatmayıb? Odur ki, gəlin həm düşünək, həm də bir qədər götür-qoy edək. Çünki…
Mövzunu diqqətdə saxlayacağıq.(GundemXeber.Az)

 

Asif Əsgərov Nəsimini “poliqona çevirib” - FOTO
Asif Əsgərov Nəsimini “poliqona çevirib” - FOTO
  •  (2)
  •  (1)