“ASALA-nı ifşa edən kitabı Əli Həsənov məhv etdirdi” – SENSASİYAbackend

“ASALA-nı ifşa edən kitabı Əli Həsənov məhv etdirdi” – SENSASİYA

“Daşnaksyutunun ələ keçirdiyi insanlar illərlə Azərbaycanda güclü təbliğat aparıb. Sizə bir fakt danışım. Vüqar Qaradağlı ATV-nin prezidenti olan zaman ermənilərin bütün alçaq əməllərini faktlarla sübut edən bir kitab çap etdirdi.

Kitab “ASALA-bütün ermənilərin pasportu” (АСАЛА – Паспорт всех армян) adlanırdı. Kitab rus dilində 500 nüsxə çap edildi. O kitabın təqdimatı haqqında öyrənən Əli Həsənov bütün prosesləri saxlayıb, dərhal kitabı məhv etmək əmri verdi. Dərhal kitabın bütün nüsxələri yandırılaraq məhv edildi.

Bu faktdı, mən sübutsuz heç nə danışmıram. Vüqar Qaradağlı da şükür sağ-salamatdır faktı ondan da təsdiqlədə bilərsiniz.”

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Rövşən Novruzoğlu deyib. O, Erməniləri terror təşkilatı olan “Daşnaksyutun” partiyasının Azərbaycandakı fəaliyyətindən, onların “verbovka” edib, təşkilata xidmət edən insanlar haqqında bir çox faktların üstünü açıb.

“Hələ müharibə başlamamışdan əvvəl AMEA-nın 16 mərkəzində “Krunq” təşkilatı var idi. Bu təşkilat bir erməni təşkilatı idi. Sovet hakimiyyəti zamanı bu təşkilat bütün post sovet ölkələrində fəaliyyət göstərirdi və ermənilərə kömək məqsədi ilə bura böyük pullar keçirilirdi.

O zaman dövlət təhlükəsizlik idarəsi bu təşkilat haqqında araşdırma apardı və ağlasığmaz faktları ortaya çıxardılar.

Bu təşkilat ifşa olundu və sıradan çıxarıldı. Araşdırmaların sonunda məlum oldu ki, “Krunq” təşkilatının bir neçə üzvü azərbaycanlı akademiklər idi. Hətta onların bəziləri vəfat edib, fəxri xiyabanda dəfn ediliblər.

Daha sonra R. Novruzoğlu bir sıra Azərbaycan nəşriyyatına ermənilərin əleyhinə hər hansı bir kitabı nəşr etməyə qadağa qoyulduğunu da vurğulayıb.

“Görün bu insanlar necə həyasızlaşmışdılar ki, bizim nəşriyatlarımıza ermənilərin əleyhinə olacaq heç bir kitabın çap olunmamasını tapşırmışdılar. Fikir verin, 1994-cü ildən ermənilri ifşa edəcək, onların terror hərəkətləri haqqında heç bir tədqiqat kitabları çap olunmurdu.

Ermənistan illərlə sapı özümüzdən olan insanların vasitəsi ilə bu istiqamətdə Azərbaycanda təbliğat aparıb”.

Politoloq Rövşən Novruzoğlunun dediyini, Əli Həsənovun ermənilərin əleyhinə olan kitabı məhv etdirdiyi faktını, təsdiqləmək üçün ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlı ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bunun doğru olduğunu bildirdi.

O, söylədi ki, həqiqətən də ermənilərin ASALA terror təşkilatının cinayət əməlləri haqqında çap etdirdiyi kitabı Əli Həsənov məhv etdirərək, təqdimat mərasiminə mane olub.

Televiziyanın keçmiş prezidenti hətta bundan sonra Əli Həsənov tərəfindən çox ciddi təzyiqlərə və təqiblərə məruz qaldığını da bildirib.

  •  (1)
  •  (1)