Aşağı Xinzirək Azərbaycana təhvil verilib? – DETALLARbackend

Aşağı Xinzirək Azərbaycana təhvil verilib? – DETALLAR

“Azərbaycanlı hərbçilər Sünik vilayətinin Aşağı Xinzirək kəndi yaxınlığında çadırlar qurublar və gözləyirlər ki, erməni tərəfi ərazini boşaltsın. Azərbaycan tərəfi erməni tərəfinin təyinat məntəqəsindan çıxması və geri qayıtması üçün üç saat vaxt verib”.

Hokm.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Azadlıq radiosu bildirir.

Kəndin müqaviləli hərbi qulluqçuları son günlərdə bəzi mövqeləri Azərbaycan tərəfinə təhvil verirlər. “Bayrağı götürüb irəli getməli idik, amma bayraqla geri çəkilirik”, – deyə sakinlərdən biri nəşrə açıqlamasında bildirib.

“Bu anda, budur, onların avtomobili dayanıb. Yaxınıq, çox yaxınıq. Düzdür, biz o qədər qorxmuruq, ancaq uşaqlarda qorxu var”, – deyə kənd sakini Hasmik Qulyan bildirib.

Ermənistanın “Pastinfo” nəşri yazır ki, azərbaycanlılar yenidən mövqelərin yerdəyişməsini ediblər, bir neçə metr irəliləmək ümidlərinə yenə haqq qazandırıblar və Ermənistan səlahiyyətliləri, hərbi qurumları tərəfindən bu, cavabsız qalıb.

“Dünən Azərbaycan tərəfi öz GPS cihazlarını əsas qəbul edərək Aşağı Xinzirəkdə bir neçə yerdə, sərhəd sektorunda mövqe dəyişiklikləri həyata keçiriblər. Üstəlik bu ərazinin onlar aid olduğunu söyləyərək Aşağı Xinzirəkə doğru daha dərinliyə gediblər. Gəlirlər, dayanırlar və deyirlər ki, bu, onların sərhədidir”, – deyə “Pastinfo” nəşrinə açıqlamasında Gorus icmasının rəhbərinin müavini Menua Hovsepyan bildirib.

“Mediaport” nəşri də kəndin Azərbaycana verilməsi xəbərini təsdiq edib. Nəşr qeyd edib ki, Aşağı Xinzirək Azərbaycana təhvil verilib və Ermənistan Müdafiə Nazirliyi, Paşinyanın dövlət qeyri-kommersiya təşkilatı yenə yalan danışır.

  •  (2)
  •  (0)