Arzu Nağıyev: “Ermənilərin Xocavənd istiqamətində atəş mövqeləri qurmağa cəhd etmələri təxribatdır”backend

Arzu Nağıyev: “Ermənilərin Xocavənd istiqamətində atəş mövqeləri qurmağa cəhd etmələri təxribatdır”

“Ermənilərin Xocavənd istiqamətində atəş mövqeləri qurmağa cəhd etmələri təxribatdır. Məlum məsələdir ki, səngər hansısa sərhəd zolağının işarəsi deməkdir. Görünür, Arayik Arutyunyan və onun tör-töküntüləri hələ də “status” xülyası ilə yaşayırlar. Düşünürlər ki, hardasa səngər qazsalar və ya istehkam qursalar, sərhəd çəkmiş olurlar. Boş söhbətlərdir. Məlumdur ki, Azərbaycan Ordusu istədiyi vaxt həmin səngərləri darmadağın edəcək və lazım gələrsə, anti-terror əməliyyatları keçirəcək”.

Bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat qeyd edib ki, belə təxribatları törətməkdə məqsəd danışıqlar prosesinə zərbə vurmaq və xələl gətirməkdir: “Təəssüf doğuran əsas məqam isə odur ki, belə təxribatlar Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə baş verir. Təbii ki, sülhməramlı qüvvələrin belə proseslərə etiraz etməməsi sülhə zərbə vuran əməldir. Təbii ki, Azərbaycan tərəfi məsələ ilə bağlı Rusiya sülhməramlıları qüvvələrinin komandanlığına xəbərdarlıq edəcək. Hesab edirəm ki, gələcəkdə baş verə biləcək belə halların qarşısını almaq üçün ciddi addımlar atmaq lazımdır. Rusiya sülhməramlı qüvvələri BMT-nin mandatına, eyni zamanda 2020-ci ilin 10 noyabr sazişinə uyğun olaraq missiyalarını peşəkar şəkildə yerinə yetirməlidirlər”.

  •  (0)
  •  (0)