Arxitektura Komitəsindən İctimai Şura üzvünə 800 minlik tender – FOTOFAKTbackend

Arxitektura Komitəsindən İctimai Şura üzvünə 800 minlik tender – FOTOFAKT

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 11 milyon 304 min 853 manatlıq tenderə yekun vurub.
Hokm.az xəbər verir ki, Mərkəzin tenderi işğaldan azad edilmiş rayonların 22 yaşayış məntəqəsinin layihələndirilməsi lotu üzrə olub.
Tenderdə “Qala Group” MMC, “Bureau Mühit” MMC, “RİM Memarlıq” MMC, “BİMD” MMC və Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu olub.
Qlobal.az-ın əldə etdiy məlumata görə “Bureau Mühit” MMC-nin rəhbəri Bayramov Toğrul şahin oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür.
Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevdir./7News.Az
  •  (2)
  •  (0)