Artıq hərbi xidmətdən yayınmaq MÜMKÜNSÜZDÜRbackend

Artıq hərbi xidmətdən yayınmaq MÜMKÜNSÜZDÜR

“Zaman-zaman ödənişli əsaslarla xidmət keçmənin müzakirələri cəmiyyətdə açılmış olsa da, qanunvericilik səviyyəsində Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsində fikirlər bu yöndə səsləndirilmir:”

Bu barədə hərbi ekspert Elxan Şıxəliyev deyib.

Ekspert qeyd edib ki, bu il hərbi hidmətkeçmə haqqında Əsasnaməyə dəyişikliklər edildi:

“Hərbi xidmət keçmə yaşı 35 yaşdan 30 yaşa endirilməsi ilə bağlı müzakirələr aparıldı və qanunvericilikdə öz əksini tapdı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış bölmələrində də kifayət qədər hərbi xidməkeçməyə cəlb olunmada çox böyük şəffaflıq nümayiş etdirilir. Xüsusən də hərbi komissiyaların Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron bazasına yerləşdirilməsi də prosesi şəffaflaşdırıb”.

Ekspertin sözlərinə görə, artıq hərbi xidmətdən bu vəya digər şəkildə yayınmaq mümkünsüzdür:

“Bu səbəbdən düşünürəm ki, lazım olan ehtiyatların orduya cəlb olunması sistemləşdirildi. Düşünmürəm ki, Türkiyədəki kimi bədəlli əsgərlik bizim silahlı qüvvələrimiz üçün prirotet məsələdir. Müdafiə doktrini və təhlükəsizlik konsepsiyamızı təhdid edən təhlükələr sonlanmayıb, Zəngəzur koridorunun açılmaması, Ermənistanla aramızda sülh sazişinin olmaması, digər dövlətlərin mümkün təhlükələri aktualdır. Zaman-zaman cəmiyyətdə bu istəklər olsa da yaxın perspektivdə bunun real olacağını düşünmürəm”.

  •  (1)
  •  (0)