“Artıq açıq havada da maska taxılmalıdır, əks təqdirdə…”backend

“Artıq açıq havada da maska taxılmalıdır, əks təqdirdə…”

Bütün dünya kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayı artma dinamikası ilə davam edir. Belə ki, noyabrın 5-də 1227 nəfər koronavirusa yoluxub, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 12 vətəndaşımız isə vəfat edib. Azərbaycanda yoluxanların sayının artmaması üçün karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Hokm.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, hazırda biz iki cəbhədə döyüşürük:

“Bizim bu gün ən vacib vəzifəmiz əsas cəbhəni qorumaqdır. Təəssüf ki, pandemiya ilə bağlı vəziyyət ürəkaçan deyil. Yoluxanların sayı artıq 4 rəqəmliyə də yüksəlib. Say artıqca xəstəxanalarda yerlər də məhdudlaşır. Hazırda nəinki bağlı məkanlarda, hətta açıq havada da maska taxılmalıdır. Bu təcrübə artıq bir neçə ölkədə var. Düşünürəm ki, Azərbaycanda da bu təcrübə tədbiq edilməlidir. Düzdür, ölkəmizdə küçədə də maska taxan vətəndaşlarımız var. Qapalı məkanlarda maska taxmaq məcburi olmalıdır. İnsanlar bir-birindən maska taxmağı tələb etməlidirlər. Əks təqdirdə, rəqəmlər artma dinamikası ilə davam edərsə, vəziyyət ağırlaşa və karantin rejiminin sərtləşməsinə səbəb ola bilər. Yenidən “sms icazə”yə və qapadılmaya gedilməmək üçün insalar daha məsuliyyətli olmalıdırlar. Yoluxmaların artması iş yerlərinin bağlanmasına və bir çox qadağalara səbəb ola bilər. Bu olmasın deyə açıq havada da maska taxmalıdır”.

  •  (1)
  •  (2)