“Arsenal”ın hücumçusu Avropa Liqasında həftənin oyunçusu seçildibackend

“Arsenal”ın hücumçusu Avropa Liqasında həftənin oyunçusu seçildi

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

İngiltərə “Arsenal”ının hücumçusu Pyer-Emerik Obameyanqdır.

30 yaşlı forvard yarımfinal mərhələsinin cavab görüşündə İspaniyada “Valensiya”nı 4:2 hesabı ilə məğlub etdikləri matçda “het-trik” edib.

Qeyd edək ki, “Arsenal” Avropa Liqasının finalında “Çelsi” ilə üz-üzə gələcək. Oyun mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.  (report)

Hokm.az

  •  (0)
  •  (0)