“Arsenal” Bakıdakı final matçından öncə Avstriya komandası ilə qarşılaşacaqbackend

“Arsenal” Bakıdakı final matçından öncə Avstriya komandası ilə qarşılaşacaq

London təmsilçisi Avstriyanın LASK kollektivi ilə üz-üzə gələcək. Görüş mayın 23-də təşkil olunacaq.

Bundesliqanı ikinci pillədə bitirəcəyi dəqiqləşən komanda “Arsenal”ın dəvəti ilə İngiltərəyə yollanacaq.

Qeyd edək ki, Bakıdakı finalın digər iştirakçısı “Çelsi” yoldaşlıq görüşündə ABŞ-ın “New England Revolution” kollektivini 3:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmada komandanın yarımmüdafiəçisi Ruben Loftus-Çik zədələnib və onun Avropa Liqasının finalında iştirak etməyəcəyi dəqiqləşib.

Final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq. (report)

Hokm.az

 

  •  (0)
  •  (0)