Arif Quliyevin səhhəti yenidən pisləşibbackend

Arif Quliyevin səhhəti yenidən pisləşib

Xalq artisti Arif Quliyevin səhhəti yenidən pisləşib.

Bu barədə APA-ya aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının səhhətinin yenidən pisləşdiyini qeyd edib: “Səhər səhhətində müəyyən normallaşma var idi, günorta yenidən vəziyyəti ağırlaşıb”.

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti “Yeni Klinika”ya yerləşdirilib.

“Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov isə APA-ya açıqlamasında aktyorun səhhətinin hazırda ağır stabil olduğunu, süni tənəffüs dəstəyində olduğunu deyib.

  •  (0)
  •  (0)