Argentinanın şimalında ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun xarici KİV-ə isitnadən məlumatına görə, sərnişin avtobusunun aşması nəticəsində 13 nəfər ölüb, 45 nəfər yaralanıb. Qəza Tukuman əyalətində baş verib. Avtobusda olanların əksəriyyəti yaşlılar olub. Hadisəyə qatı duman səbəb olub.
Yolu görə bilməyən sürücü idarəetməni itirib.
Hokm.az
















