Arda Turanın dəbdəbəli evindən görüntülər yayıldı – FOTObackend

Arda Turanın dəbdəbəli evindən görüntülər yayıldı – FOTO

Hazırda “Qalatasaray” klubunda çıxış edən tanınmış futbolçu Arda Turanın həyat yoldaşı Aslihan Doğan Turan yaşadıqları evin qapılarını geniş tamaşaçı auditoriyası üçün açıb.

Hokm.az-ın məlumatına görə, dəbdəbəli evin görüntüləri ilk dəfə olaraq, xanım Turanın “YouTube” kanalında nümayiş olunub.

Futbolçunun həyat yoldaşı altı aydır bu evə köçdüklərini və uzun müddət burada yaşamağı düşündüklərini deyib. O, evin interyerinin ailənin iki övlad sahibi olmasının nəzərə alınaraq qurulduğunu qeyd edib.

Evin girişində “Qalatasaray”ın rəmzi sayılan aslan heykəli qoyulub. Üçmərtəbəli villanın ən üst qatı yalnız böyüklər üçün nəzərdə tutulub.

Evin içində lift də mövcuddur. Villanın həyətində isə greyfrut, ərik ağacları və müxtəlif güllər yetişir.oxu.az

  •  (1)
  •  (1)