“Araz” market vaxtı keçmiş sucuq satır.
Buta.ws xəbər verir ki bu barədə “Facebook” istifadəçilərindən biri paylaşım edib.
İstifadəçi “Facebook” qrupunda şəkil paylaşaraq öz şikayətini bildirib: “”Araz” market şəbəkələrinin birində istədim ki milli sucuq alam, lakin imtina edib Türkiyə istehsalına üz tutası oldum. Şəkildə də görüldüyü kimi sucuq məhsulunun istesal tarixi 01.01.2006-cı ili göstərir”.
P.S, İllərdir fəaliyyət göstərən iri marketlər şəbəkəsi olan “Araz” marketin belə səhvə yol verərək insanların sağlamlığını təhlükəyə atması qəbul edilməz bir haldır.
Mehriban Xəlilli

















