Araik Arutyunyana sui-qəsd edildibackend

Araik Arutyunyana sui-qəsd edildi

Qarabağdakı erməni separatçıların rəhbəri Araik Arutyunyana sui-qəsd olub.

Hokm.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Karen Andriyan yazıb.

Erməni jurnalistin iddialarına görə, Arutyunyana qarşı bu gün səhər saat 11 radələrində Xankəndidə sui-qəsd olub. Məlumatda qeyd olunur ki, Arutyunyan avtomobilindən düşərkən ona silahlı hücum edilib. Nəticə Araik yaralanıb. Xəbərdə bildirilir ki, sui-qəsdi həyata keçirənlər isə “Qayıdan qəhrəmanlar” adlı təşkilatın üzvləridir.

Hələlik Arutyunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.

“Hücum edən şəxsin zərərsizləşdirildiyini şəhər sakinləri təsdiq edir”, – deyə Karen Andriyan bildirib.

  •  (2)
  •  (0)