Aqil Abbas: “Tələbələr Qarabağda inşaatlarda pulsuz işləyə bilər, pul da istəməyəcəklər”backend

Aqil Abbas: “Tələbələr Qarabağda inşaatlarda pulsuz işləyə bilər, pul da istəməyəcəklər”

“Ağdamda bu gün böyük işlər görülür, şəhər bərpa olunur. Bu işlər bütün Qarabağda görülür”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat tələbə inşaat dəstələri yaradılmasını təklif edib: “Azərbaycan gəncləri gedib Qarabağda işləməlidir. Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilər. Onlar pul da istəməyəcəklər. Qarabağda müharibəyə gedənlər pulla gedirdilər?”

  •  (1)
  •  (1)