AQC qiymətləndiriciləri sınağa çəkir – Sertifikasiya imtahanı keçiriləcəkbackend

AQC qiymətləndiriciləri sınağa çəkir – Sertifikasiya imtahanı keçiriləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kurslarına başlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Pərviz Qulaminin verdiyi məlumata görə, maliyyə və bank sektorundan, qiymətləndirmə şirkətlərindən 31 iştirakçının qatıldığı sertifikatlaşdırma kursları “Demirçi Tauer” biznes mərkəzində təşkil olunub. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, “Vecon Consalting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Orucun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosentləri İbrahim Quliyev və Qəhrəman Bayramovun təlimçiliyi ilə həyata keçirilən kursun iştirakçıları yekunda müvafiq sertifikasiyadan keçəcəklər. Peşə kvalifikasiyasını artırmaq istəyən və kursu müvəfəqiyyətlə bitirən qiymətləndiricilərə sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycanda qiymətləndirmə sertifikatları yalnız Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən verilir və bütün yerli qurumlarda, eləcə də xarici şirkətlərdə keçərlidir. 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) bu günə qədər yüzlərlə qiymətləndirici yetişdirib.

// SOSİUM.az

   

  •  (1)
  •  (0)