Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” III təsnifat mərhələsində Kiprin APEOL klubu ilə qarşılaşacaq.
“Qafqazinfo” xəbər verir ki, komandaların ilk oyunu avqustun 6-da Kiprdə baş tutacaq.
Cütün cavab qarşılaşması isə avqustun 13-də Bakıda keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində İrlandiyanın “Dandolk” klubunu mübarizədən kənarlaşdırıb.
Hokm.az
















