Apellyasiya Məhkəməsi AXCP fəallarını azad etməyibbackend

Apellyasiya Məhkəməsi AXCP fəallarını azad etməyib

İyulun 30-da Bakı Apellyasiya Məhkəməsi Xalq Cəbhəsi Partiyasının inzibati qaydada həbs edilmiş fəalları Elnur Həsənov (hakim Faiq Qasımov) və Mahir Namazovu (hakim İlqar Murquzov) azad etməkdən imtina edib.

Bu gün iyulun 31-də hakim Faiq Qasımov fəal Nicat Abdullayevi azad etməyib. Bu barədə Turan agentliyinə AXCP-dən bildiriblər.

Xatırladaq ki, həmin şəxslər iyulun 14-15-də Bakıda mitinq zamanı iğtişaşlarda iştirak etməkdə ittiham olunaraq həbs ediliblər. Lakin həbs edilmiş 45 nəfər AXCP fəalının əksəriyyəti, ümumiyyətlə, bu aksiyada iştirak etməyib, iştirak edənlər isə ictimai asayişi pozmayıblar.

 

  •  (0)
  •  (0)