Antisanitar şəraitdə fəaliyyət göstərən pendir istesalı müəssisəsi aşkarlandı – FOTObackend

Antisanitar şəraitdə fəaliyyət göstərən pendir istesalı müəssisəsi aşkarlandı – FOTO

Bərdə rayonu, Mirzəxan Qaraqoyunlu kəndində yerləşən pendir istehsalı müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, qeyd olunan müəssisə fiziki şəxs Rüstəmov İsmayıl Rüstəm oğluna məxsusdur.

Belə ki, aparılan yoxlama zamanı sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərin tələblərinə cavab vermədiyi, habelə istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, hazır məhsulların üzərində heç bir etiketləmə aparılmadan satışa təqdim edildiyi aşkar edilib.

Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.

  •  (0)
  •  (1)