Pandemiya dövründə havanın yüksək temperaturunun infeksiyanın yayılmasına təsir göstərmədiyi məlum olub.
Hokm.az-ın məlumatına görə, bu barədə Moskva Dövlət Universitetinin biologiya fakültəsinin professoru Nikolay Nikitin isti havanın koronavirusa təsirini qiymətləndirərkən danışıb.
Onun sözlərinə görə, bu vəziyyətə yalnız sosial faktorlar təsir göstərə bilər – yəni yay mövsümündə insanlar dincəlməyə gedir və bir-birləri ilə daha az təmasda olurlar, beləliklə yoluxma riski azalır.
Ancaq virusun özü üçün istilik heç bir əhəmiyyət daşımır:
“Ştammlara gəldikdə, burada da isti havanın yeni mutasiyaların yaranmasına və yayılmasına təsir etdiyini söyləmək olmaz”, – deyə bioloq vurğulayıb.
Eyni zamanda, anomal istilər yoluxmuş insanların vəziyyətinə təsir göstərə bilər. Bu ilk növbədə xroniki xəstəlikləri olanlara və ürək xəstəliklərindən əziyyət çəkənlərə aiddir.Sputnik
















