Ankarada məktəbli avtobusu yaşayış evinə çırpılıb, 11 yaralı var – FOTObackend

Ankarada məktəbli avtobusu yaşayış evinə çırpılıb, 11 yaralı var – FOTO

Türkiyənin paytaxtı Ankarada məktəbliləri aparan avtobus yaşayış evinə çırpılıb.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 11 nəfər xəsarət alıb.

Qeyd olunur ki, xəsarət alanlardan 10-u şagird, biri isə evin sahibi olub. Onlardan üç nəfər xəstəxanaya yerləşdirilib.

Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi deyilir.

  •  (0)
  •  (0)