Anar Nəcəfli: “Sizə görə digərlərinin övladları niyə əziyyət çəkməlidir?”backend

Anar Nəcəfli: “Sizə görə digərlərinin övladları niyə əziyyət çəkməlidir?”

“Deməli, Azərbaycan Respublikası Təhsil Nazirliyi sorğu keçirir ki, bundan sonra dərslər necə davam etdirilsin. Bəziləri sorğu ilə bağlı paylaşılan məlumatın altında şərh yazaraq məktəblərin bağlanmasını istəyirlər. Mən başa düşə bilmirəm ki, məktəblərin bağlanmasını istəyənlər evdən bayıra çıxmır? Marketə getmir? Qohum-əqrəbasını ziyarət etmir? Kafeyə getmir? Avtobusdan istifadə etmir?”
Hokm.az xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli “Facebook” səhifəsində yazıb.
“Belə qorxursunuzsa ki, övladınız yoluxar, o zaman ailəlikcə evdən-çölə çıxmayın. Oturun evdə və pandemiya bitəndə çıxarsınız gün işığına! Sizə görə digərlərinin övladları niyə şikəst olmalıdır? Siz bilirsinizmi ki, 1 ay uşağınızın məktəbə getməməsi onu həm kütləşdirir, həm də hərtərəfli inkişafdan geri salır?!
Uşağınız yoluxsa, elə birinci sizin viruslu düşüncənizdən yoluxacaq! Bütün ölkələr artıq çoxdan ənənəvi təhsilə keçib. Bilirlər ki, indi uşaqlar oxumasa, sabah onların özləri üçün pis olacaq! Uşaqları məktəbə buraxmayıb müəllim, repetitor yanına göndərirsiniz.
O zaman göndərməyin ora da, çöldə, həyətdə, küçədə oynamağa da buraxmayın. Qapadın uşaqlarınızı evə, qoyun asosial böyüsün. Belə xoşunuza gəlir, ərizə yazın, məktəbə qoymayın! Bunları etməyib hansı haqla digərlərinin haqqına girib məktəblərin bağlanmasını istəyirsiniz?
Sizə görə digərlərinin övladları niyə əziyyət çəkməlidir ki? Qurtarın da bu sirki!!! Mütləq əvvəlki kimi ənənəvi təhsilə qayıtmalıyıq!!! Başqa cür ola bilməz!! Nə hibrid, nə onlayn, nə distant!! ƏNƏNƏVİ TƏHSİL!! Övladlarımız hərtərəfli şikəst olur!! Kim istəmir, göndərməsin uşaqlarını məktəbə, VƏSSALAM!” – deyə Anar Nəcəfli əlavə edib.
  •  (1)
  •  (0)