Nazirlər Kabinetində yeni təyinat olub.
Hokm.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Anar Məmmədov Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bu vəzifə indiyədək boş idi.
















