Anar Cəbrayıllı jurnalisti təhqir etdi: Sənin kişiliyinə tüpürüm… – ŞOK VİDEObackend

Anar Cəbrayıllı jurnalisti təhqir etdi: Sənin kişiliyinə tüpürüm… – ŞOK VİDEO

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cəbrayıllı ona zəng edən jurnalisti ağır sözlərlə təhqir edib.

Hokm.az oxu24.com-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə səs yazısı yayılıb. Su axıntısı ilə bağlı mətbuat katibinə zəng edən jurnalist gözlənilmədən ağır təhqirə məruz qalıb.

Anar Cəbrayıllı: “Ay sənin kişiliyinə tüpürüm, sənin üzünə tüpürüm, sizin kimi jurnalistləri “dama soxmaq” lazımdır. Siz nə qədər həyasız-abırsız adamlarsınız, hər şeydən ötrü Qorxmaz müəllimi niyə narahat edirsiniz” cümlələri ilə ona zəng edən jurnalisti hədələyib.

  •  (0)
  •  (0)