Anadan DƏHŞƏTLİ ƏMƏL: Körpə uşağına alkoqollu içki içirtdi – FOTObackend

Anadan DƏHŞƏTLİ ƏMƏL: Körpə uşağına alkoqollu içki içirtdi – FOTO

İstanbulun Qartal rayonunda ana doğma övladına qarşı ağılasığmaz hərəkət edib.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, Figen adlı qadın bir müddət əvvəl münasibətdə olduğu Burakdan dünyaya gətirdiyi 1.5 yaşlı övladına alkoqollu içki içirdib. Çəkdiyi fotoları isə sosial mediada paylaşıb.

Ananın bu addımı sosial qınağa səbəb olub.

Vəziyətdən istifadə edən Burak məhkəməyə müraciət edərək uşağın ona verilməsini tələb edib.

Hazırda Figenlə bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)