“Amrah Bank” və “AG Bank”dan sonra “Expressbank”… – BANKIN KARTLARI BLOKLANDIbackend

“Amrah Bank” və “AG Bank”dan sonra “Expressbank”… – BANKIN KARTLARI BLOKLANDI

Artıq bir neçə gündür ki, “Expressbank”ın plastik kartları “bloklanıb”.

Hokm.az “Kommersant.az”a istinadən xəbər verir ki, bankın “Express24” mobil əlavəsi ilə heç bir ödənişi etmək olmur.

Bununla bağlı saytın redaksiyasına çoxsaylı şikayətlər daxil olub. Şikayətlərə görə bankın müştəriləri mobil bankinqdən istifadə edə bilmir.

Belə ki, bir neçə gündür bankın mobil tətbiqində “card to card”, balans artırma və kommunal ödənişlər etmək olmur.

Qeyd edək ki, məlum hadisə cari ilin aprel ayının 28-də lisenziyası ləğv edilmiş “Amrah Bank” və may ayının 12-də lisenziyası ləğv olunmuş “Ag Bank”da baş vermişdi.

  •  (1)
  •  (2)