Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı açıqlanıbbackend

Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı açıqlanıb

Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən Hokm.az-a verilən məlumata görə, 15.02.2022-ci il tarixinə nazirliyin Penitensiar və Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən “8 Noyabr – Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Milli Məclisin 05.11.2021-ci il tarixli qərarı 12 570 nəfərə tətbiq edilib.

Onlardan 5 009-u Penitensiar, 6 759-u Probasiya xidmətləri tərəfindən tətbiq edilib.

Eyni zamanda amnistiyanın tətbiqi nəticəsində 8 138 nəfər ayrı-ayrı cəzalardan azad olunub, 3 630 nəfərin isə cəzası azaldılıb.

  •  (0)
  •  (0)