Ölkə prezidentimiz sağ olsun. Biz ona inandıq, övladımı özümə qaytardı, məni ana olaraq sevindirdi.
Hokm.az xəbər verir ki, bu sözləri Sonxeber.az-a ötən gün əsirlikdən qaytarılan Amin Musayevin anası Hicran Sadıqova deyib:
“Allah maraqlanan hər kəsdən razı olsun. Hələki Amini görməmişəm. Bilirik ki, Amin Bakıdadır, yaxşıdır, amma ayağının necə olmasından xəbərim yoxdur. İstəyərdim oğlumla danışıb, ayağının necə olmasını soruşam. Amin mənim yeganə övladımdır.
Qeyd edək ki, Vətən Müharibəsində Ermənistana əsir düşən Azərbaycan ordusunun hərbçisi Amin Musayevin əsirlikdən qaytarılması ilə bağlı məlumat yayılıb.
Əsirlikdən qaytarılmış hərbçimiz hazırda həkim nəzarəti altındadır.
















