Amerikalı müxbir iranlıların arasına girib generalın vida mərasimindən CANLI yayım etdi – VİDEObackend

Amerikalı müxbir iranlıların arasına girib generalın vida mərasimindən CANLI yayım etdi – VİDEO

Bağdadda hava limanına edilən hücum nəticəsində öldürülən iranlı general Qasım Süleymaninin vida mərasimini Amerikanın CNN kanalı canlı yayımlayıb.

Hokm.az xəbər verir ki, generalın nəşi Tehrana gətirildikdən, müqəddəs sayılan məkanlarda gəzdirildikdən sonra səhər saatlarında vida mərasimi keçirilib. Mərasimdə milyonlarla insan küçələrə axışaraq qəhrəman saydıqları generalla vidalaşıb, həm də ABŞ və İsrailə qarşı sərt şüarlar səsləndiriblər.

Məhz ABŞ-ın planlı hücumu nəticəsində öldürülən generalın vida mərasimindən görüntüləri CNN-nin amerikalı müxbiri şərh edərək canlı yayımlayıb.

Belə ki, CNN-nin Orta Şərq üzrə müxbiri Frederik Pleitgen canlı yayımı izdihamın içərisində ola-ola birbaşa yayımlayıb. Lakin CNN müxbirinin mikrafonunda kanalın loqosunun olmaması diqqət çəkib.

Müxbir şərhində “İnsanların əksəriyyəti “ABŞ-a lənət və ABŞ-a ölüm!”- deyə qışqırırlar. İnsanlar Tramp hakimiyyətinə, Trampa və İŞİD-ə qarşı mübarizə aparmış Qasım Süleymaninin öldürülməsinə olduqca qəzəblidir” ifadələrini işlədib.konkret.az

 

  •  (0)
  •  (0)