Amerikalı aktyor vəfat etdi – FOTObackend

Amerikalı aktyor vəfat etdi – FOTO

Amerikalı aktyor Art Lafer 78 yaşında vəfat edib.

Hokm.az xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı Şelli feysbuk hesabında məlumat yayıb.

“Həyatımın sevgisi getdi… Bəxtim gətirib ki, mənə qayğı göstərən, pərəstiş etdiyim bir insanla 43 illik münasibətim olub” – deyə, o, paylaşımında yazıb.

Art on ildir Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, aktyor karyerasına 1978-ci ildə “Çarlinin mələkləri”nin epizodu ilə izlənilən “Gilliqan adasından xilasetmə” televiziya filmində başlayıb. O, “Doktor House”, “Təcili yardım”, “Mentalist”, “The Sandlot” kimi bir çox məşhur filmdə rol alıb. Onun ən yaddaqalan repliki “Babe Ruth” obrazını canlandırarkən işlətdiyi bu ifadələr olub: “Unutma uşaq, qəhrəmanlar və əfsanələr var. Qəhrəmanlar xatırlanır, amma əfsanələr heç vaxt ölmür!”Metbuat.az

  •  (0)
  •  (0)