“American School in Azerbaijan – ASIA”nın rəhbərindən inanılmaz fırıldaq iddiası – Müştərini aldadıb, Amerikada pulsuz qoydubackend

“American School in Azerbaijan – ASIA”nın rəhbərindən inanılmaz fırıldaq iddiası – Müştərini aldadıb, Amerikada pulsuz qoydu

“American School in Azerbaijan -ASIA” tədris mərkəzinin rəhbərinin müştərilərə külli miqdarda pul atdığı iddia olunur.
Faktor.az xəbər verir ki,  redaksiyamıza”American School in Azerbaijan -ASIA” tədris mərkəzinin rəhbəri Elvin Məmmədzadənin müxtəlif təlimlərə qatılmaq istəyən şəxslərdən pul alaraq onlara saxta aviabilet və ödəniş qəbzi verərək pul “atdığı” ilə bağlı şikayətlər daxil olub.
Şikayətçilərdən biri Eyvaz Ələsgərzadə iddia edir ki, Elvin Məmmədzadə təlim mərkəzinə 2 həftəlik “Nyu-Yorkda Kaplan kursu”na qatılmaq üçün müraciət edib və müqavilə imzalayıb.
Viza aldıqdan sonra aprelin 13-ü ABŞ-a getməli olan müştəri AZAL şirkəti vasitəsilə aydınlaşdırıb ki, Elvin Məmmədzadə ona saxta bilet təqdim edib. Daha sonra Məmmədzadə şikayətçiyə ayın 15-i üçün yenidən bilet alıb. Təlimə qatılmaq üçün ABŞ-a gedən zərərçəkən bildirir ki, kursa qatılmaq istədiyi zaman Elvin Məmmədzadənin ödəniş etmədiyi məlum olub.
O ödəniş qəbzini göstərsə də, qəbzin saxta olduğu ortaya çıxıb. Təlimə qatıla bilməyən Ələsgərzadə tədris mərkəzinə ödədiyi məbləği geri almaq üçün müraciət edib. Elvin Məmmədzadə ona pulunu geri qaytaracağını və əməkdaşlıq etdiyi şirkətə müraciət etdiyini bildirib. Zərərçəkən Elvinin əməkdaşlıq etdiyini iddia etdiyi şirkətə müraciət edib.
Məlum olub ki, onlar Elvin Məmmədzadə adlı şəxsi tanımır və ondan heç bir email almayıb. Dəfələrlə Elvinin işlədiyi tədris mərkəzinə gedən Eyvaz Ələsgərzadə onunla əlaqə yaratmağa çalışsa da zəngləri və yazdığı sms-lərin cavabsız qaldığını bildirib”.

“American School in Azerbaijan – ASIA”nın rəhbəri Elvin Məmmədzadənin sözlərinə görə isə  şikayətçi qarşılaşdığı problemlə bağlı 22-ci polis bölməsinə müraciət edib: “Xidmət müqabilində 1390 dollar bizə ödənilib və biz onun üçün viza almışıq. Biletlərin heç birində saxtakarlıq yoxdu. Kursa gedib və qeydiyyatdan keçməməsinə səbəb dərsin 1-ci gün başlaması və tələbənin həmin gün qeydiyyata gedə bilməməsi olub. Tələbə 2 aydı polisə şikayətdə edib, bizim ofisə də dəfələrlə gəlib, onun şikayəti əsassızdır, əgər əsaslı olsaydı, polis bizə qarşı tədbirlər görərdi. Biz qoyulan bütün öhdəlikləri yerinə yetirmişik, lakin tələbə yenə narazıdı, azərbaycanlıdı da, azərbaycanlılığını göstərməlidi”.

Şikayətçi tərəf əlavə sübutların əlində olduğu bildirilir.
Tərəflərin mövqelərini yaymağa hazırıq.
  •  (0)
  •  (0)