Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yasamal Rayon Polis İdarəsini yenidən məhkəməyə verib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, AMEA bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət edib.
Belə ki, Akademiya yaşayış sahəsinə qeydiyyatdan çıxarılma ilə bağlı tələb irəli sürüb.
İddia hakim Aygün Əhədovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Daha əvvəl AMEA dörd eyni iddia ilə Yasamal Rayon Polis İdarəsini məhkəməyə vermişdi.